ATU Kitab Klubu- mart 2024 hesabatı

Bu ay ərzində 2dəfə İdarə Heyətinin Ümumi Toplantısı baş tutmuş, müxtəlif məsələlər müzakirə edilmiş, bir sıra yeni addımlar atılmışdır. İdarə Heyəti olaraq üzvlərimizin məmnuniyyəti və maariflənməsi üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

Mart ayı ərzində gördüyümüz işlər:

  • 2 Mart ATU THİK-in təşkilatçılığı ilə ATU Kitab Klubu 7 üzvünə Azəbaycan Dövlət Akademik Musiqili Teatrına “Molla Nəsrəddinin beş arvadı” tamaşasına bilet verdi, kollektivcə tamaşaya baxmağa gedildi.
  • 3 Mart ATU Kitab Klubu və Santiago Book Club rəhbərləri arasında görüş keçirildi.
  • 4 Mart Azərbaycan Tibb Universitetinin rəsmi web- saytında (www.amu.edu.az) və sosial şəbəkə hesablarında ATU Kitab Klubunun 1 yaşı ilə əlaqədar hesabat və təbrik məqalə və paylaşımları yayımlandı. Həmçinin Azərbaycan Tibb Universitetinin mətbu orqanı “TƏBİB” qəzetində ATU Kitab Klubunun 1 yaşı ilə bağlı təbrik məzmunlu məqalə dərc olunmuşdur.
  • 4 Mart Azərbaycan Tibb Universitetinin İctimai Əlaqələr şöbəsi ATU Kitab Klubu ilə bağlı reportaj tipli paylaşım hazırlanması üçün istəyini bildirdi. 5 Martda isə ATU Kitab Klubunun sədri Rüfət Həsənli və ATU İctimai Əlaqələr Şöbəsinin nümayəndəsi ilə ilkin xarakterli görüş baş tutdu. 
  • 7-22 Mart tarixlərində ATU Kitab Klubunun rəsmi veb-saytının (www.amubookclub.wordpress.com) əsaslı şəkildə yenidən qurulması həyata keçirilmişdir.
  • 15 Mart Mitsuko Takahaşinin “Kəpənək mövsümü” kitabı müzakirə edildi. Müzakirədə iştirak edən 3 fəal üzvə həmin kitab hədiyyə edildi. 
  • 20 Mart “ATU Kitab Klubu” podkast layihəsinin Əsasnaməsi qəbul edildi.
  • 22-25 Mart ATU Kitab Klubu SMM vəzifəsi üzrə I Vakansiyasının I mərhələsi (ərizə qəbulu) və 29 Mart II mərhələ (müsahibə mərhələsi) keçirildi. 30 Mart isə Səsvermə mərhələsi baş tutdu.
  • 28 Mart “Danışır ATU!” layihəsi çərçivəsində “Sosial medianın gündəlik həyatımızda yeri” adlı ikinci görüş keçirildi.
  • 30 Mart ATU Kitab Klubu Problemli Məsələlər üzrə Fövqəladə Komissiya təşkil edildi.

Kitab Fondu üçün mart 2024 hesabatı:

Mart ayı ərzində Bədii Kitab Fonduna 1 kitab bağışlanmışdır. Verilmiş 10 kitab oxunaraq fonda geri qaytarılmışdır. Ayın sonunda BKF-də cəmi 265 kitab olmuşdur.

Bir şərh yazın