Layihə haqqında
Layihənin məqsəd və planı
““ATU Kitab Klubu” podkast layihəsi”nin həyata keçirilməsində məqsəd, başlıca olaraq, Azərbaycan poeziya və nəsrinin, milli folklorun və ədiblərlə bağlı məlumatların yerli ictimaiyyətə və dünyaya təqdim olunması, podkast platformalarında Azərbaycanın mövqeyini yüksəltmək və dilimizdə maarifçi paylaşımların payını artırmaqdan ibarətdir. Bunlardan əlavə, müxtəlif dünya ədəbiyyatı və ATU Kitab Klubu üzvlərinin yaradıcılıq nümunələrinin, həmçinin müxtəlif leksik bilgilərin, müzakirə tipli verilişlərin və b. bu kimi paylaşımların yayımlanması layihəyə daxildir.
Layihənin üstünlükləri:
Azərbaycanda bu sahə üzrə hərtərəfli və geniş paylaşımlar edən komandaların sayı az olduğundan ““ATU Kitab Klubu” podkast layihəsi” bu sarıdan üstünlüyə malikdir. Beləliklə, layihə, həm də digər kitab klubları və komandalar üçün çıraq rolu oynamalıdır. Bundan əlavə, layihə vasitəsilə klub üzvlərinin dil və nitq imkanları inkişaf edəcək, o cümlədən, dünyagörüşü artacaqdır.
Layihənin fikir müəllifi
Rüfət Həsənli.
Müəllif hüquqları
ATU Kitab Klubu.
Elan olundu
1 fevral 2024-cü il.
Rubrikalar
- “Azərbaycan Poeziyası”
- “Bilirsinizmi?”
- “Bizimkilər”
- “Bu Söz”
- “Danışır ATU!”
- “Hekayə saatı”
- “Necə deyərlər…”
- “Səsli kitablar”
- (Digər və ya rubrikasız)
“Azərbaycan Poeziyası” rubrikası
Müxtəlif Azərbaycan şair və müəlliflərinin, o cümlədən, klub üzvlərinin nəzm nümunələri səsləndirilir.
“Bilirsinizmi?” rubrikası
Müxtəlif məlumatverici, öyrədici verilişlər, elmi-ictimai məqalə və yazılar, maraqlı məlumatlar, araşdırmalara dair səsləndirmələr.
“Bizimkilər” rubrikası
Müxtəlif ədiblər, unudulmuş Şəxsiyyətlər və milli irsimizə dair səsləndirmələr.
“Bu Söz” rubrikası
Sözlərin mənaları, mənşəyi, izahı; yanlış bilinən/işlədilən sözlər.
“Danışır ATU!” rubrikası
Müxtəlif mövzuları əhatə edən dialoq (və ya monoloq) tipli verilişlər, təhlillər və müzakirələr.
“Hekayə saatı” rubrikası
Müxtəlif müəlliflərdən, klub üzvlərinin yaradıcılığından, kitablar, qəzetlər və digər mənbələrdən hekayə, məqalə və parçalar səsləndirilir.
“Necə deyərlər…” rubrikası
Müxtəlif zərb-məsəl, deyim, atalar sözü və ifadənin kökü (etimologiyası), hekayəsi və izahı.
“Səsli kitablar” rubrikası
Tam və ya hissələr formasında müxtəlif müəlliflərdən kitablar səsləndirilir.
Həftəlik yayım planı
Heyət
- Koordinator:
- Rüfət Həsənli
- Səsləndirmə:
- Azərin Şükürlü — “Azərbaycan Poeziyası”, “Hekayə saatı”
- Güney Həsənova — “Azərbaycan Poeziyası”, “Bizimkilər”, “Hekayə saatı”, “Səsli kitablar”
- Lalə Həsənova — “Bu Söz”
- Leyla Əhmədova — “Necə deyərlər…”, “Səsli kitablar”
- Nail İsmayılov — “Azərbaycan Poeziyası”
- Nəriman İskəndərov — “Bilirsinizmi?”
- Telli Dədəyeva — “Azərbaycan Poeziyası”
- Material və məqalələrin hazırlanması:
- Cavanşir Abışov — “Bilirsinizmi?” rubrikası
- Familə Babayeva — “Hekayə saatı” rubrikası
- Güney Həsənova — “Azərbaycan Poeziyası” rubrikası, “Hekayə saatı” rubrikası
- Lalə Həsənova — “Bu Söz” rubrikası
- Leyla Əhmədova — “Necə deyərlər…” rubrikası
- Leyla Məmmədsoy — “Bilirsinizmi?” rubrikası, məqalələrin paylaşıma hazırlanması
- Nail İsmayılov — “Azərbaycan Poeziyası” rubrikası, məqalələrin paylaşıma hazırlanması
- Nəriman İskəndərov — “Bilirsinizmi?” rubrikası
- Rüfət Həsənli — “Bizimkilər” rubrikası, məqalələrin paylaşıma hazırlanması
- Şölə Hüseynova — “Bizimkilər” rubrikası, məqalələrin paylaşıma hazırlanması
- Telli Dədəyeva — “Azərbaycan Poeziyası” rubrikası
- Paylaşımların edilməsi və texniki məsələlər:
- Diana Muradxanova — paylaşımın örtük dizaynı
- Esmira Yaqubova — paylaşımın hazırlanması
- Güney Həsənova — musiqi seçimi
- Rüfət Həsənli — paylaşımın hazırlanması; musiqi seçimi
- Paylaşımlara nəzarət və layihənin davamlılığının təşkili
(Yardımçı koordinator):- Güney Həsənova
- Lalə Həsənova
- Nail İsmayılov
- Şölə Hüseynova
Önəmli qeydlər
- İstifadə olunmuş materialın, verilmiş məlumatın mənbəyi və istinadlar sonda mütləq qeyd olunmalıdır.
- Poeziya səsləndirmələrində əvvəldə, birinci, şeirin adı, ikinci, müəllifin adı/təxəllüsü qeyd olunmalı, sonra bir neçə saniyəlik fasilənin ardınca şeir səsləndirilməlidir.
- Səsli kitabların səsləndirilməsi zamanı kitabın adı, müəllifin adı/təxəllüsü, səsləndirmə bir neçə hissəli olacaqsa, hissənin sıra nömrəsi, kitabın önündə/sonunda verilmiş, annotasiya ardıcıl səsləndirilməli, bir neçə saniyəlik fasilədən sonra kitabın məzmununa başlanılmalıdır.
- Səsli kitablar, poeziya və hekayələrdən başqa, məlumatverici paylaşımlarda səsləndirən dinləyiciləri salamlamalı və özünü təqdim etməlidir (“Mən, Filankəsov Bəhmənkəs.” tipli).
Podkast platformalarında biz
“Spreaker”
Podkastı dinlə!
“Spotify”
Podkastı dinlə!
“Deezer”
Podkastı dinlə!
“Google Podcast”
Podkastı dinlə!
“iHeart Radio”
Podkastı dinlə!
“Amazon Audible”
Podkastı dinlə!
“Amazon Music”
Podkastı dinlə!
“Castbox”
Podkastı dinlə!
“Podcast Addict”
Podkastı dinlə!
“Podchaser”
Podkastı dinlə!