Bu gündən artıq klubumuzun “Facebook” sosial şəbəkə platformasında da hesabı (atu.kitabklubu) yaradılmışdır. Beləliklə, sosial şəbəkə hesablarımızın sayı daha da yüksəldi. Məqsədimiz bütün sosial şəbəkə hesablarımızı, həmçinin müxtəlif rəqəmsal platformalarımızı vahid sistemdə birləşdirərək klubumuzla bağlı bütün məlumatları əldə edə biləcəyiniz və Sizlərə xidmət göstərən nəhəng və çoxşaxəli baza qurmaqdır.
Bu yoldakı uğurumuz
Artıq bu yolda çoxsaylı addımlar atmış, nəzərəçarpan uğur əldə etmişik. Belə ki, 26 fevral 2023 tarixində “Instagram” hesabımız yaradılandan sadəcə bir neçə gün sonra veb-saytımız istifadəyə verilmişdir. Veb-saytın olması istər Azərbaycandakı kitab klubları, istərsə də, müxtəlif universitetlərin çoxsaylı klubları arasında bir ilk idi!
Sonradan Kitab Fondunun elektron verilənlər bazasının da yaradılması ilə bu yolda yeni səhifə açıldı. Bu sayədə daha çox araşdırmağa, dünya təcrübəsindən yararlanmaq üçün axtarışlara başladıq. 2023-cü ilin yay aylarında mürəkkəb sistemli, lakin istifadəsi üzvlərimiz üçün sadə sistem və alt-sistemlər üzərində işlədik, süni intellektlərin işimizdə tətbiqinə başladıq.
Hazırda dünyanın 40 mindən çox nüfuzlu kitabxanasının da aralarında olduğu beynəlxalq kitabxanaçılıq sisteminin üzvüyük. Bundan əlavə, mobil tətbiqimizi yaratmışıq və təkmilləşdirmək üçün addımlar atmağa davam edirik.
Bütün bunlarla yanaşı, bir neçə gün əvvəl “Google business” sistemlərində klubumuzu qeydiyyatdan keçirdik. Hazırda “Google maps” rəqəmsal xəritəsində klubumuzu tapa, həmçinin rəylərinizi yaza bilərsiniz.
Həmçinin “Twitter” (“X”), “1000kitap” sosial platformalarında hesablarımız vardır.
“Spotify” və bəzi digər podkast platformalarının da üzərində ciddi işlər gedir. Ən qısa zaman ərzində “Spotify” və “YouTube” hesablarımızın da fəaliyyətə başladığını elan edəcəyimizə inanırıq.
Görün internetdə “ATU Kitab Klubu” yazanda nələr çıxır?…
Sosial şəbəkə hesablarımız, veb-saytımız, e-poçt ünvanımız və digər əhəmiyyətli keçidlər (“link”lər):
- Veb-saytımız:
https://amubookclub.wordpress.com - Elektron poçt:
amubookclub@gmail.com - “Instagram”:
https://www.instagram.com/atu_kitabklubu/ - “Facebook”:
https://www.facebook.com/atu.kitabklubu - “Twitter” (“X”):
https://twitter.com/atu_kitabklubu - “1000kitap”:
https://1000kitap.com/ATU_Kitab_Klubu - “Linktree”:
https://linktr.ee/atu_kitabklubu - “WhatsApp”:
Yalnız üzvlərimiz üçün qruplar yaradılıb. - Mobil tətbiqimiz:
https://appsgeyser.io/16937566/ATU-Kitab-Klubu
1 Comments