Agatha Kristie – 48.Anım günü

İngilis detektiv yazıçısı və dramaturqu Agata Kristie 1890-cı il sentyabrın 15-də İngiltərənin Torku şəhərində anadan olub. Varlı bir ailədə böyüyən Agatha Kristie’nin tərcümeyi-halında qeyd edildiyinə görə, ilk təhsili evdə anasından almışdır. Daha sonra Agatha bir qızı olan leytenant Archibald Kristie ilə evləndi. Bir neçə ildən sonra əri ilə münasibətləri gərginləşdi və bir dəfə Agatha hətta əsəb böhranı keçirdi. 1926-cı ildə anası vəfat etdikdən sonra yazıçının həyat yoldaşı boşanma tələb etdi.

Boşandıqdan və bir müddət sonra yenidən evləndikdən sonra növbəti həyat yoldaşı arxeoloq Maks Mallowan oldu. Bir neçə dəfə Agatha onunla birlikdə Suriyaya, İraqa getdi. Birinci Dünya Müharibəsi başlayanda o, xəstəxanada tibb bacısı kimi işləyirdi. Bu dövrdə o, detektiv fantastika yazmağa başlamışdı.

Yazıçı Agatha Kristie’nin tərcümeyi-halında qeyd edildiyinə görə, ilk dəfə onun “Stillərdə sirli iş” adlı romanı 1920-ci ildə nəşr olundu. A.Kristie’nin romanlarının baş qəhrəmanları Herkül Puaro və Miss Marpl oxucuların böyük sevgisini və rəgbətini qazanmışdır. Detektiv romanlarının çox uğurlu olduğu qeyd edilir və 1958-ci ilə qədər Agatha Kristie hətta Detektiv Klubuna rəhbərlik etmişdir. Agatha Kristie’nin digər əsərləri arasında-“On zənci balası”, 16 pyesin tərkibində olan “Siçan tələsi”, “İttiham şahidi” ən yaxşılarından idi. Məşhur detektiv yazar 1976-cı il yanvarın 12-də Uillingford, Oksfordşir şəhərində vəfat etmişdir.

Tərcümeyi-halı isə ölümündən sonra 1977-ci ildə yayılmışdır. Detektiv janrının kraliçası adlandırılırdı. Bu ləqəb ona hələ illər öncə verildi. Özü də gələcəyinin necə olacağını uşaqlıqdan təxmin etmişdi. Bu gün artıq onun əsərləri 103 dilə tərcümə olunub. Kitablarının tirajı isə ildən-ilə artır.

İSTİNADLAR:

•https://alinino.az/collection/detektivy-trillery/agatakristi-az

•https://az.m.wikipedia.org/wiki/Aqata_Kristi

Bir şərh yazın